Malayziya təyyarəsinin qurbanları artıb (FOTO)
Bizi izləyin

Dünya

Malayziya təyyarəsinin qurbanları artıb (FOTO)

Donetsk üzərində aviaqəzanın qurbanları 283 sərnişin, 15 ekipaj üzvü olmaqla 298 nəfərdir. ANS PRESS-in məlumatına görə, bu barədə “Malayziya Hava Yolları” xəbər verib. Daha əvvəl 295 ölü barədə məlumat verilirdi. Aviaşirkət ölənlərin qohum və yaxınları üçün qaynar xətt açıb və onlara hər bir köməklik göstəriləcəyini bildirib.


Xatırladaq ki, “Boinq-777” sərnişin təyyarəsi Ukrayna ərazisində, Rusiya sərhədinin 60 kilometrliyində vurulub. Qəza təyyarənin Rusiya sərhədlərinə girməyə bir neçə dəqiqə qalmış baş verib. Təyyarə Amsterdamdan Kuala-Lumpura hərəkət edirdi. Ukrayna üzərində təyyarə 10 min metr yüksəklikdə uçurdu.


Ukrayna kəşfiyyatı bildirir ki, təyyarə silahlı separatçılar tərəfindən vurulub. “The Wall Street Journal” nəşri qeyd edir ki, amerika kəşfiyyatı “torpaq-hava” tipli raketin uçuşunu qeydə alıb. Bu tip raketlər həm üsyançılarda, həm də Ukrayna ordusunda mövcuddur.

Separatçıların isə məsələyə öz baxışları var. Onlar iddia edirlər ki, təyyarəni Ukrayna qırıcıları vurub. Bu məlumatı Boinqin uçuşunu izləyən ispaniyalı dispetçer də öz tvitter səhifəsində 2 qırıcıını radarda gördüyünü deyərək təsdiq edib.

Rusiya və Ukrayna Müdafiə Nazirlikləri, eləcə də silahlı separatçılar qəzanın baş verməsində iştrak etmələrini istisna edirlər. Ukrayna prezidenti Pyotr Poroşenko isə baş verən hadisəni terror aktı adlandırıb. Məsələ ilə bağlı cinayət işi qaldırılıb.

Bu arada Ukrayna üzərində bütün uçuşların istiqaməti dəyişdirilib.

Qondarma Donetsk Xalq Respublikasının separatçıları təyyarənin partlama nöqtəsində “qara qutu”ların tapdıqlarını və Moskvaya təhvil vermək istədiklərini bildiriblər. Poroşenko isə onları hərtərəfli istintaqa maneçilik göstərməkdə günahlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm