Dünyanın taleyinə QƏRAR VERİLƏCƏK - 18 mayda tarixi görüş
Bizi izləyin

Dünya

Dünyanın taleyinə QƏRAR VERİLƏCƏK - 18 mayda tarixi görüş

BMT-in nəzdindəki Ümumdünya Səhiyyə Təşkilatının ən ali qərarları verən orqanı Ümumdünya Səhiyyə Assambleyası tarixində ilkə imza atacaq.

Publika.az xəbər verir ki, assambleyanın 18 mayda keçirilməsi nəzərdə tutulan 73-cü konfransı onlayn olacaq.

İki gün davam edəcək konfransda ÜST-ün 194 üzv ölkəsinin nümayəndələrinin əhəmiyyətli qərarlar verəcəyi gözlənilir.

Bu arada ÜST-ün baş katibi Tedros Adhanom Qebreyesus təşkilatın mərkəzində keçirilən video-konfransda koronavirusa qarşı peyvəndin hazırlıq işləri barədə danışıb. O, hazırlanacaq peyvəndin bütün dünyada bərabər və ədalətli şəkildə paylanması, peyvəndin hər kəsə çatması üçün hökumətlərin işinin düzgün qurmasına diqqət çəkib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm