Əl-Qaidənin Türkiyə ilə bağlı dəhşətli planı üzə çıxdı
Bizi izləyin

Dünya

Əl-Qaidənin Türkiyə ilə bağlı dəhşətli planı üzə çıxdı

Van şəhər məhkəməsi əl-Qaidə ilə əlaqədə şübhəli bilinən terrorçuların istintaqı zamanı təşkilatın Türkiyə ilə bağlı planlarını üzə çıxarıb.

Axar.az xəbər verir ki, bu faktlar Van Ağır Cinayətlər Məhkəməsinə prokurorluqdan verilən 207 səhifəlik ittiahamnamədə öz əksini tapıb.

Barələrində “silahlı terror təşkilatına üzv olmaq”, “rəsmi sənədlərin saxtalaşdırılması” və “6136 saylı qanunu pozma” (qanunsuz silah gəzdirmə) maddələri ilə cinayət işi açılan və 15-22,5 il arası həbs cəzası istənilən 6 məhbusun Suriyada silahlı qruplarda iştirak etdiyi bildirilir.

Hədəf Türkiyə

Təşkilatın quruluşu, tarixçəsi, məqsədləri, iştirak etdiyi əməliyyatlar barədə geniş şərh verilən ittiahamnamədə “Təşkilat Suriyanı özü üçün baza kimi istifadə edib”, “Suriya işğal olunduqdan sonra hədəf Türkiyədir” başlıqlı bölüm var. Bu bölümlərdə əl-Qaidənin Suriyadan sonra Türkiyəyə hücum planları, məqsəd və vəzifələri əks olunub.

Qeyd edək ki, əl-Qaidə üzvləri tərəfindən Suriya müharibəsinin son dərəcə strateji bir əhəmiyyət daşıdığı və Suriyadan sonra Türkiyəyə qarşı silahlı mübarizənin başlayacağı ilə bağlı məlumatlar bilavasitə terrorçu təşkilatın üzvü olan məhbusların dilindən alınan ifadələr əsasında hazırlanıb.

Terrorçular ifadələrində “Suriya bizim üçün əlverişli ölkədir. Orada çalışmaq lazımdır. Ora bizim üçün əhəmiyyətli bir yerdir. Oradan Türkiyəyə gəlmək və tranzit yol olaraq silah daşımaq çox yaxşı olardı”, - deyə bildiriblər.

İstanbulu alacağıq

Adana Prokurorluğu tərəfindən icra edilən 2011/746 saylı cinayət işində də bu faktlara rast gəlirik.

Cinayət işi bitdikdən sonra məhkəməyə göndərilən ittiahamnamədə saxlanılan şəxsin əl-Qaidə terror təşkilatında fəaliyyət göstərməsi və “Suriyanı fəth etdikdən sonra inşallah İstanbulu, oradan da bütün Türkiyəni alacağıq” ifadələri yer alır.

“Şam və İstanbul”

ittiahamnamədə ifadə verən gizli şahid də faktı təsdiq edərək “Əbu Hənzələ” kod adı altında terrorçuların iki yeri nəzarətə almaq üçün çalışdığı, bunların Şam və İstanbul olduğunu bildirir. Şahid bundan sonra əl-Qaidənin Türkiyəyə müharibə edəcəyini bildirmişdi.

Qeyd edək ki, məhkəmədə çıxış edən məhbus əksər hallarda “Abdullah” kod adı altında silah alveri etdiklərini, Suriyada düşərgə qurduqlarını və orada hərbi-ideoloji təhsil verildiyini bildirib. O, İŞİD ilə yaxşı əlaqələrinin olduğunu da etiraf edib.

İŞİD-ə İraq tənqidi

Təqsirləndirilən terrorçu istintaqa verdiyi ifadədə bildirib ki, o, döyüşdüyü vaxt İŞİD-in İraqa girməsini sərt tənqid edib, terror təşkilatının Suriyada qalıb Əsədə qarşı döyüşməsinin daha vacib olduğunu bildirib. Əlavə olaraq, əl-Qaidə ilə İŞİD arasında münasibətlərin hansı müstəvidə inkişaf etdiyi barədə terrorçunun dedikləri cinayət işində yer alan ittiahamnamədə öz əksini tapıb.

Əl-Qaidə adı gələndə insanlar titrəyir

Onu da bildirək ki, təşkilatın Türkiyə üzrə etibarlı simalarından sayılan terrorçu PKK ilə bağlı bir sıra məlumatları bölüşüb: “Bu işlər belə idarə olunmur. Başı quma gömməklə heç nə düzəlmir. PKK minlərlə insanı dağlara göndərir. Biz PKK-dan fərqli olaraq Hizbullah ideologiyasına daha yaxın idik. İnsan amili bizim üçün önəmlidir. İndi əl-Qaidə deyəndə insanlar tir-tir əsir. Dağa çəkilsək, bu bizim nüfuzumuza zərbə vurmaqla yanaşı, qorxu hissini də azaltmış olur”.

Türkiyənin Baş naziri Ərdoğanın fəaliyyəti haqda danışan terrorçu “Müsəlmanlar Ərdoğanın dövründə heç vaxt görmədiyi qədər əməliyyat görüb. 2001-ci il 11 sentyabrdan 2014-cü ilə qədər çoxlu müsəlman tutulub, öldürülüb. Az qala hər gün Türkiyənin istənilən bölgəsində əl-Qaidəyə qarşı əməliyyatlar keçirilib. Allahın izni ilə əl-Qaidə bütün planlarını gerçəkləşdirəcək”.

Bu arada Vanda təşkil olunan əməliyyat nəticəsində tutulan əl-Qaidə üzvləri haqqında sənədlər ABŞ tərəfindən istənilib. Səbəb kimi ABŞ-da əl-Qaidəyə qarşı keçirilən əməliyyatlarda həmin sənədlərin yardımçı olacağı göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm