Sərhəddə gərginlik PİK HƏDDƏ: ordular üz-üzə gəldi
Bizi izləyin

Dünya

Sərhəddə gərginlik PİK HƏDDƏ: ordular üz-üzə gəldi

Hindistanla Çin sərhədində gərginlik yüksəlib.

Publika.az xəbər verir ki, bu ayın əvvəlində iki ölkənin sərhəd qoşunları arasında yaşanan insidentdən sonra bölgəyə əlavə hərbi qüvvə göndərilib.

Müdafiə istehkamlarının qurulması ilə bölgədə aktivlik nəzərə çarpır.

"Times of India" qəzetində yer alan xəbərə görə, Lədək bölgəsinin şimalında və Siqqim əyalətində əsgərlərin qarşı-qarşıya gəlməsindən sonra diqqət təkrar bölgəyə istiqamətlənib. Hər iki ölkə 5 nöqtəyə əlavə hərbi qüvvə yerləşdirib.

Çin əsgərləri Qalvan vadisində 100 çadır qurub, Panqonq Tso gölündə patrul qayıqlarının sayı artıb.

Mütəxəssislərin sözlərinə görə, Hindistanla Çin arasındakı bu münaqişə 3 min 488 km-lik sərhəd xəttinin dərinləşən anlaşmazlıq mövzusundan doğur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm