“Hibrid müharibəsi” sona çatdı: Kreml nə düşünür?
Bizi izləyin

Dünya

“Hibrid müharibəsi” sona çatdı: Kreml nə düşünür?

“Ukraynaya qarşı “hibrid müharibə”si sona çatdı. Putin özünü və dövlətini pis vəziyyətdə qoydu”.

Publika.az-ın verdiyi xəbər görə, bu sözləri Ukraynanın şərqindəki son hadisələri şərh edən ukraynalı publisist və politoloq Vitali Portnikov newsru.ua saytında yazıb.

Politoloqun sözlərinə görə, Avropa İttifaqının son sanksiyaları yalnız Rusiya iqtisadiyyatına deyil, həm də ölkənin dünyadakı imicinə ciddi zərbə oldu. Onun sözlərinə görə, Rusiyada bu zərbəyə necə reaksiya verəcəyini bilən kimsəni tapmaq çətindir.

“Son ana qədər Moskvada əminlik var idi ki, Rusiya Ukraynaya qarşı açıq müharibəyə başlamayana qədər Qərb heç bir addım atmağa təşəbbüs etməyəcək. Rusiya “hibrid müharibə”sindən Krım işğalında istifadə etdi. Yəni, qoşunlarından açıq şəkildə istifadə etmədən. Eynilə, Donetsk və Luqansk vilayətlərində qoşunlardan rəsmi şəkildə istifadə etmir, amma separatçılara silah və hərbi texnika çatdırır”, - politoloq qeyd edib.

Vitali Portnikovun sözlərinə görə, Moskvanın təcavüzkar siyasətinin nəticələri üçün yalnız ukraynalılar deyil, həm də rusiyalılar əvəz ödəyəcəklər: “Putin və onun ətrafı əmin oldular ki, ətrafında gic yoxdur. Heç kim “hibrid müharibə”sini ciddi qəbul etmir. Dünyada hamı anlayır ki, təcavüzkar əslində kimdir. Kreml artıq özünün etibar kreditini bitirib”.

“Postsovet məkanı üzrə Rusiyanın imperiya ambisiyaları bütün parametrləri ilə hökmən iflas olacaq”, - ukraynalı politoloq sonda yazıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı apardığı “hibrid müharibə” haqqında ilk olaraq Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy çıxış etmişdi. Onun sözlərinə görə, Rusiyanın ilk planı Ukraynanın səkkiz vilayətini işğal etmək olsa da, sonradan niyyəti dəyişib: “Rusiya əvvəlcə səkkiz vilayəti işğal etmək istəyib. Ancaq sonradan daha ağır sanksiyalarla üzləşəcəyini başa düşərək strategiyanı dəyişib. Rusiya Ukraynanın Qərblə yaxınlaşmasını əngəlləmək üçün təxribatçı dəstələr yollamaqla hibrid müharibəsi aparır. Vladimir Putin və onun ətrafı Qərbin yeni sanksiyalarından çəkinərək Ukraynaya qarşı birbaşa müharibədən vaz keçib. Ancaq yeni tərzdə, “hibrid müharibə”si aparır, ordu ilə qorxudub, ərazilərimizə təxribatçı qruplaşmalar göndərir, onlar da yerli ekstremistlər və cinayətkar dəstələrlə birləşib döyüşməyə cəhd edirlər”.

Daha sonra isə Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın ölkəsinə qarşı “hybrid müharibəsi” apardığını dilə gətirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm