Türk sənətçisi Bakıda konsert verəcək – FOTOLAR
Bizi izləyin

Dünya

Türk sənətçisi Bakıda konsert verəcək – FOTOLAR

Azərbaycanda fəaliyyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün onunla Hollandiyada təhsil alan dünyaca məşhur orqanist Cəmilə Cavadova-Spitsberqlə bir araya gəlib konsert verməyə hazırlaşır.

Bu barədə Publika.az-a açıqlama verən Oya artıq verəcəkləri konsertin məşqlərinə başladıqlarını qeyd edib: “Musiqi təhsilimi Cəmilə xanımla birlikdə Hollandiyada almışam. Elə oldu ki, Azərbaycana gəldim və biz burda görüşdük. Daha sonra Cəmilə xanımın burada bir konserti oldu mən də ora qonaq qismində qatıldım, mahnı oxudum. Daha sonra qərara gəldik ki, ikimiz birgə konsert verək. Artıq məşqlərə başlamışıq. O, orqan ifaçısıdır, mən opera. İkimiz də konsertə çox ciddi şəkildə hazırlaşırıq. Böyük etimalla, konsertimiz avqustun əvvəlində baş tutacaq”.

Qeyd edək ki, hazırda Cəmilə Cavadova-Spitsberq Amerikanın Texas ştatının Dallas şəhərində yaşayır və bu şəhərin dövlət universitetində professor-mühazirəçi kimi çalışır. Eyni zamanda, o, solo və ansambl ifaçısı kimi də fəaliyyət göstərir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm