Dünya
ABŞ Putini ürəyindən vurdu
ABŞ-ın Ukraynanın şərqində separatçılara silah və hərbi texnika yardımını dayandırmaq istəməyən Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rusiyanın öndə gedən bankları, enerji və silah şirkətləri ABŞ-ın “qara siyahı”sına salınıb.
Sanksiyaları ABŞ prezidenti Barak Obamanın özü açıqlayıb. Vaşintonun bu addımı Rusiya prezidenti Vladimir Putinin ürəyini vurulması kimi qiymətləndirilir. Çünki, siyahıda Rusiyanın ən böyük neft istehsalçısı “Rosneft”, ikinci ən böyük qaz istehsalçısı “Novatek və Rusiyanın enerji nəhəngi “Qazprom”un bankı olan “Qazprombank” var. Qeyd edək ki, “Qazprombank” Rusiyanın üçüncü böyük bankıdır. “Vneşekenombank” da Vaşinqtonun qəzəbinə tuş gəlib.
Məlumata görə, yeni sanksiyalar Avropa İttifaqına üzv ölkələrlə də koordinasiya edildiyi ifadə edildi. Avropa Sərmayə Bankı tərəfindən Rusiyanın ictimai sektor proyektlərinə maliyyənin verilməsi dayandırılacaq.
Braziliyada səfərdə olan Rusiya prezidenti Vladimir Putin sanksiyaların ABŞ enerji şirkətlərinə zərər verəcəyini söyləyib. “Rosneft”in rəhbəri İqor Seçin isə şirkətə qarşı tətbiq olunan sanksiyaların qanuni olmadığını ifadə edib.
Rusiya Xarici İşlər Nazirliyi sanksiyaların “primitiv bir qisas” olaraq qiymətləndirib. Rusiya baş naziri Dmitri Medvedev hesab edir ki, ABŞ-ın sanksiyaları antiamerika əhvali-ruhiyyəsinin artmasına gətirib çıxaracaq və Rusiya cəmiyyətinin birləşməsinə imkan yaradacaq.
Sanksiyaların Kreml tərəfindən ciddi qəbul olunmamasına baxmayaraq, Rusiya birjasındakı geriləmə narahatlıq yaratmalıdır. “Rosneft” və “Novatek”in səhmlərinin dəyəri 5 faiz düşüb, Rusiyanın MICEX indeksi isə 3 faiz geriləyib. Rublda isə Rusiyanın Krıma etdiyi müdaxilədən bu yana ən böyük eniş qeydə alınıb. Rubl dollar qarşısında 1,5 faiz dəyərini itirib və bu 3 martdan sonra ən böyük itkidir. Rusiyanın CDS-i (ölkənin investisiya riski) 26 bal artaraq 209-a yüksəldi. Beləcə, ABŞ-ın qəbul etdiyi sanksiyalarla CDS son iki ayın ən yüksək səviyyəsinə qalxıb.
ABŞ-ın yeni sanksiyalar siyahısında müdafiə sənayesini əhatə edən səkkiz şirkət də var. Bunlar arasında əfsanəfi marka “Kalaşnikof” və “Uralvaqonzavod” kimi əhəmiyyətli şirkətlər yer alıb.
Türkiyənin ahaber.com.tr saytı isə sanksiyalara məruz qalan Rusiya şirkətləri və V.Putinin yaxın ətrafı ilə bağlı maraqlı bir cədvəl dərc edib.
Ömər Dağlı
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları