Bill Qeytsin koronavirusa qarşı NVX-CoV2373 adlı vaksini
Bizi izləyin

Dünya

Bill Qeytsin koronavirusa qarşı NVX-CoV2373 adlı vaksini

“Microsoft” şirkətinin təsisçisi, COVID-19 pandemiyasının yayılmasında adı hallanan Bill Qeyts virusa qarşı vaksinin tapılması üçün ABŞ-ın biolotexnologiya firması “Novavax”a 388 milyon dollar intevstisiya yatırıb.

Publika.az
xəbər verir ki, bu barədə açıqlama yayan firma vaksinin tapılması məqsədilə araşdırmaların ilk mərhələsinə başladıqlarını bəyan edib.

“Novavax” NVX-CoV2373 adını verdikləri vaksinin Avstraliyada 130 insan üzərində test ediləcəyini bildirib. İlk testlər müsbət nəticələr verərsə, ikinci mərhələdə dünyanın müxtəlif yerlərində fərqli yaş qrupları arasında sınaqlar keçiriləcək.

Firma insan üzərində keçirəcəkləri sınaqların ilkin nəticələrinin iyun ayında əldə etməyi planlaşdırdıqlarını açıqlayıb.

“Novavax”-a investisiya yatıran təşkilat Bill Qeyts tərəfindən qurulan və Osloda fəaliyyət göstərən “Epidemiyaya Hazırlıq Koalisiyası”dır (CEPİ).

CEPİ-nin direktoru Riçard Hatçett bildirib ki, vaksinin etibarlı və təsirli olduğu sübut olunarsa, ehtiyacı olanlar üçün vaxt itirmədən istehsalına başlanacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm