“Qara qutu”lar gizlədilir? – Separatçılardan təkzib gəldi
Bizi izləyin

Dünya

“Qara qutu”lar gizlədilir? – Separatçılardan təkzib gəldi

Donetsk vilayətinin separatçıları Malayziyanın “Boinq-777” təyyarəsinin “qara yeşik”lərinin tapılması barədə xəbəri təsdiq etməyib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Donetsk Xalq Respublikası”nın “baş naziri” Aleksandr Boroday “qara yeşik”lərin tapılmadığını bildirib.

“Daha əvvəl özünümüdafiə qüvvələrinin tapdığı predmetlər ehtimal ki, “qara yeşik” deyil”, - “baş nazir” deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna mətbuatı Ukraynanın şərqində vurulan “Boing-777” sərnişin təyyarəsinin ikinci “qara qutu”sunun da tapıldığını xəbər vermişdi.

A.Boroday həmçinin deyib ki, hadisə yerinə ATƏT və Ukrayna mütəxəssislərindən ibarət qrup buraxılıb. O, həlak olanların yaxınlarının gəlişi barədə razılığın hələ əldə olunmadığını qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm