Dünya
Lavrov: “ABŞ Poroşenkonun cinayətkar qərarına razılıq verib”
Ukrayna prezidenti Pyotr Poroşenkonun onunla razı olmayanların fiziki məhvi barədə qərarına ABŞ hakimiyyəti razılıq verib.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına müsahibəsində deyib.
Ukrayna hakimiyyətinin ölkənin şərqində həyata keçirdiyi antiterror əməliyyatlarını sərt tənqid edən nazir Kiyevin qərarlarının Vaşinqton tərəfindən də dəstəkləndiyini bildirib.
“ABŞ Ukrayna prezidenti Pyotr Poroşenkonun hərb planına dəstək verib. Bu plan isə Poroşenko ilə razı olmayanların fiziki məhvini nəzərdə tutur. Hesab edirik ki, Ağ Ev bu mövqeyini yenidən nəzərdən keçirəcək. Bu, cinayətkar qərardır. Mən çox ümid edirəm ki, qərar dəyişdiriləcək”, - Lavrov ifadə edib.
Ömər Dağlı
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye