Lavrov Ukraynanı günahlandırdı
Bizi izləyin

Dünya

Lavrov Ukraynanı günahlandırdı

Rusiya Ukrayna ərazisində qəzaya uğramış Malayziyaya məxsus “Boinq 777”nin "qara qutu"sunu aparmağa hazırlaşmır.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

"Biz çalışırıq ki, mümkün qədər tez beynəlxalq ekspertlər hadisə yerinə gəlsinlər və onlar dərhal "qara qutu"nu alsınlar.

"Rəsmi Kiyevin bildirdiyinə görə, biz bu yeşikləri aparmağa hazırlaşmırıq. Biz beynəlxalq cəmiyyətdə qəbul olunan normaları pozmağa hazırlaşmırıq. Bu, Beynəlxalq vətəndaş aviasiyası təşkilatının işidir. Bu, faciə zamanı zərərçəkən dövlətlərin - Niderland, Malayziya və hadisə zamanı vətəndaşları təyyarədə olmuş dövlətlərin işidir. Əlbəttə, Ukraynanın işidir", - deyə Lavrov bildirib.

Lavrov, həmçinin aviaqəzanın araşdırılması üçün beynəlxalq araşdırma komissiyasının yaradılması haqqında Ukrayna prezidenti Petro Poroşenkonun qərarını dəstəkləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm