Qəzzada İŞİD təhlükəsi
Bizi izləyin

Dünya

Qəzzada İŞİD təhlükəsi

İsrail-Fələstin qarşıdurmasının qızışdırılması və tərəflərin razılığa gələ bilməməsi istiqamətində yeni iddia ortaya atılıb.

ANS PRESS-in məlumatına görə, ötən axşam Qəzzadan son vəziyyətlə bağlı xəbər vermək üçün "CNN TÜRK"ün canlı yayımına bağlanan "TRT" müxbiri Məhmət Akif Ərsoy Qəzzada İŞİD təhküəsinin olduğu iddiasını açıqlayıb.

O, İsrail ordusu fələstinlilərin evlərinə zəng edərək, "HƏMAS-a təzyiq göstərin, qısa bir zamanda atəşkəsi qəbul etsin", deyə xəbərdarlıq edildiyini bildirib.

"Bölgədə İsrailə qarşı vuruşan qruplardan razılığa gələnlər olsa da, İŞİD-lə əlaqəsi olduğu deyilən sələfi qruplar isə bu xəbərdarlıqlara məhəl qoymur. Atəşkəsin olmasını istəməyən bu qrup sülh qərarı vaxtı İsrailə raket atır, ara qarışanda isə Qəzzada müqavimət göstərənlərin əleyhinə hərəkət edirlər. Bunu 5 saatlıq atəşkəs müddətində də ediblər. Belə ki, HƏMAS atəşkəsi qəbul etdiyi halda, vaxt tamam olmadan İŞİD-lə bağlı olan qrupun 3 dəfə raket atılması buna misal olaraq göstərilə bilər." - deyə müxbir canlı yayımla əlaqə zamanı söyləyib.

Müxbir həmçinin bildirib ki, İsrail ordusu quru əməliyyatı keçirmədən əvvəl bölgədəki insanlara evlərini boşaltmaları barədə xəbərdarlıq edib.

HƏMAS isə buna cavab olaraq, "Biz də Təl-Əvivi vuracağıq. O halda, bütün israillilər də Təl-Əvivi boşaltsınlar" - deyə qarşılıq verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm