Daha bir ölkə beynəlxalq uçuşları BƏRPA EDİR
Bizi izləyin

Dünya

Daha bir ölkə beynəlxalq uçuşları BƏRPA EDİR

Çin beynəlxalq uçuşları bərpa edir.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi (CAAC) məlumat yayıb.

Xəbərə görə, yeni tip koronavirus pandemiyası səbəbilə dayandırılan səfərlər 8 iyundan etibarən yenidən başlayacaq.

Qərara əsasən, xarici hava yolu şirkətlərinin Çinə uçuşları həftədə 1 dəfə gerçəkləşdiriləcək. Sərnişinlər əvvəlcə həmin hava yolu şirkətləri tərəfindən COVID-19 analizlərindən keçiriləcək. Bir reysdə 5-dən çox koronavirusa yoluxma faktı aşkarlandıqda, həmin aviaşirkətin uçuşları 1 həftəliyinə dayandırılacaq. 3 həftə ərzində virusa yoluxma aşkarlanmayan aviaşirkətə həftədə 2 dəfə uçuş icazəsi veriləcək.

Qeyd edək ki, mart ayından etibarən Çinə xarici uçuşlar dayandırılmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm