Həmas yeni əməliyyata hazırlaşır
Bizi izləyin

Dünya

Həmas yeni əməliyyata hazırlaşır

Həmasın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının sözcüsü Əbu Ubeydə İsrailin Qəzzaya istiqamətli hücumları ilə bağlı "Bu döyüşdə hələ hərbi gücümüzün çox az bir qismini ortaya çıxardıq. Strateji hədəflərimizi reallaşdırmaq üçün daha çox səy göstərəcəyik" söyləyib.

ANS PRESS-in məlumatına görə, Əbu Ubeydə “Əl Əqsa” televiziya kanalında yayımlanan çıxışında "Düşmənimiz İsrail bu döyüşdə ölülərini basdırmağa, yaralılarını gizləməyə, zərərlərini örtməyə davam edəcək. Biz hədəflərimizi yaxşı bilirik və bu düşmənimizə acı verir" deyə rəy bildirib.

"Minlərlə mücahidimiz döyüşə qatılmaq üçün hazır gözləyir" deyən Əbu Ubeydə sözlərini belə davam etdirib: "İsrail, xalqımıza qarşı hücumlarını saxlayana və haqqlarımızı tanıyana qədər hər yerdə vurmağa davam edəcəyik. Bu döyüşdə hələ hərbi gücümüzün çox az bir qismini ortaya çıxardıq. Strateji hədəflərimizi reallaşdırmaq üçün daha çox səy göstərəcəyik".

Əbu Ubeydə "Bütün dünya nələr edə biləcəyimizi gördü. Çətin şərtlərə və mühasirəyə baxmayaraq mərmilərdənpilotsuz hava vasitələrinə qədər bir çox mövzuda müvəffəqiyyət göstərdik. Bizim üçün bunların ümmətə bir nümunə olması belə kifayətdir" deyə sözünü bitirib.

Xatırladaq ki, İordan çayının Qərb sahilində iyunun 12-də itən 3 yəhudinin 18 gün sonra ölü tapılmasının ardından fələstinli gənc Məhəmməd Əbu Hudayr 2 iyulda məskunlaşdırılan yəhudilər tərəfindən qaçırılmış və yandırılaraq öldürülmüşdü. Keçən bazar ertəsindən artan gərginlikdən sonra 17 İyul İsrail ordusu Fələstinə genişmiqyaslı quru əməliyyatına start verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm