Koronavirusdan ölənlərin sayı 387 mini keçdi - ÜST
Bizi izləyin

Dünya

Koronavirusdan ölənlərin sayı 387 mini keçdi - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 120 minə yaxın artıb.

Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 5-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 118 526 nəfər koronavirusa yoluxub, 4 288 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 6 535 354, ölənlərin isə 387 155 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm