NATO koronavirusa görə plan hazırlayır
Bizi izləyin

Dünya

NATO koronavirusa görə plan hazırlayır

"NATO koronavirus pandemiyasının ikinci dalğası meydana gəldiyi təqdirdə alyans üzvlərinə və tərəfdaşlarına kömək etmək üçün plan hazırlayır".

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O deyib ki, iyunun ortalarında NATO-ya üzv ölkələrin müdafiə nazirlərinə konkret planlar veriləcək.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe bəyan edib ki, payızda yeni növ koronavirus (COVID-19) pandemiyasının ikinci dalğası gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm