Evdən qaçan arvadını küçənin ortasında...- DƏHŞƏTLİ CİNAYƏT/TƏFƏRRÜAT
Bizi izləyin

Dünya

Evdən qaçan arvadını küçənin ortasında...- DƏHŞƏTLİ CİNAYƏT/TƏFƏRRÜAT

Ötən gecə Türkiyənin Konya şəhərində qətl törədilib.

Publika.az xəbər verir ki, saat 21 radələrində Meram qəsəbəsinin Yenibahçe məhəlləsində 47 yaşlı Ahmet Ünal dini nikahda oduğu həyat yoldaşı 36 yaşlı Nurgül Ünveri güllələyərək öldürüb.

Belə ki, cütlük arasında 2 gün əvvəl münaqişə baş verib. Qadın evi tərk edərək elə həmin məhəllədəki başqa mənzilə yerləşib. Dünən onlar küçədə rastlaşıblar və bu zaman 47 yaşlı kişi evdən qaçan qadına tüfənglə atəş açıb. Başından ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Bidirilir ki, qadını öldürən şəxs narkotik vasitə aludəçisidir və daha əvvəl 44 cinayət faktına görə ittiham edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm