Oğul anasından xarici görkəminə görə imtina edib-Foto
Bizi izləyin

Dünya

Oğul anasından xarici görkəminə görə imtina edib-Foto

Çinli qadının yeganə oğlu onu görmək istəmir və ona nəvəsi ilə görüşməyə imkan vermir. Övladının bu addımına səbəb isə anasının çox çirkin olmasıdır.

Altmış üç yaşlı Din Lyan yeni doğulmuş nəvəsini görmək üçün 5 saatlıq yolu qət edib. Sonra onu Çinin şərqində yerləşən Xançjou şəhərinin küçələrinin birində oturub ağlayan görüblər. Nəvəsi ilə görüşmək istəyən qadın uşaq üçün çoxlu hədiyyə gətirib. Lakin qadının arzusu ürəyində qalıb. Din oğlunun ev ünvanını bilmədiyindən ona zəng edib, lakin oğlu zənglərə cavab verməyib və ana, gəldiyi yolu geri qayıtmalı olub.

Qadının kədərli hekayətini dinləyən qonşusu jurnalistləri dəvət edib. Qonşunun sözlərinə görə, Din yeganə oğlu ilə hər zaman - xüsusən də məktəbi əla qiymətlərlə bitirib universitetə qəbul olarkən fəxr edib.

Oğul təhsilini bitirdikdən sonra Xançjou şəhərinə köçüb, oradaca maşın salonunda işə düzələrək ailə həyatı qurub. Lakin toyda iştirak edən anasına görə çox utanıb, çünki o, toya “kişi geyimində” gəlib. Bundan sonra, oğlan anası ilə bütün əlaqələri kəsib.

Sonuncu dəfə anasına zəng edərək ata olması barədə xəbəri çatdırıb. Din nəvəsini ziyarət etmək və ona hədiyyələr gətirmək niyyətində olub.

Qadın deyib: “Oğlum mənə dedi ki, onu görməyə gəlməyim, çünki çox çirkin olduğum üçün məndən utanır”.

Bu xəbərdən sarsılan Çin əhalisi oğulun nəyə görə anasının görmək istəmədiyini müzakirə edir. Bəziləri isə burada digər açıqlanmayan səbəblərin də olduğundan şübhələnirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm