Təyyarə qəzasının şahidi: “Meyit mətbəximə düşüb”
Bizi izləyin

Dünya

Təyyarə qəzasının şahidi: “Meyit mətbəximə düşüb”

Rusiya ilə sərhəddə yerləşən Ukraynanın kiçik bir kəndinin sakinləri Malayziyaya məxsus olan MH17 təyyarəsi partladıldıqdan sonra oradan düşən çılpaq cəsədləri və əşyaları təsvir edir.

Sakinin biri cəsədin evinin damına düşdüyünü deyir. 65 yaşlı İrina deyir: “Əvvəlcə vıyıltı səsi gəldi və birdən hər şey guruldadı. Səmadan əşyalar tökülməyə başladı. Sonradan isə möhkəm səs eşitdim, qadın meyiti mənim mətbəximə düşmüşdü. Mətbəxin damı dağılmışdı”. Qadının cəsədi indiyədək orada qalır. Mütəxəssislər gələnədək meyit evdə çarpayının yanında saxlanılacaq.

Digər bir sakin isə xatırlayır: “Mən qapını açdım və insanların düşdüyünü gördüm. Onlardan biri mənim tərəvəz bostanıma düşüb”.

Meyitlərin və əşyaların düşdüyü ərazilərdə ağ bayraq sancılıb. Meyitlər ağ mələfə ilə örtülüb. Çılpaq qadın meyiti isə sakinlərdən birinin şəxsi evinə düşüb.Meyitlərin çoxu çılpaqdır. Görünür, yüksək təzyiq altında onların geyimləri cırılıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm