ABŞ İranla 3 milyardlıq müqavilənin vaxtını uzatdı
Bizi izləyin

Dünya

ABŞ İranla 3 milyardlıq müqavilənin vaxtını uzatdı

ABŞ İranla dondurulmuş müqavilənin vaxtını uzatmaq barədə razılığa gəlib.

Axar.az xəbər verir ki, ABŞ, İran və “Altılıq” ölkələrinin nazirləri Vyanada keçirilən İranın nüvə problemi üzrə danışıqlar zamanı bu qənaətə gəliblər.

Bu barədə mətbuat konfransında ABŞ dövlət katibi Con Kerri məlumat verib.

Vyanadakı danışıqlarda Tehran nüvə proqramı haqqında sazişin müddətinin təhlükəsizlik təminatları ilə bağlı olaraq noyabrın 24-dək uzadılması nəzərdə tutulduğu bildirilib.

Danışıqlarda 2013-cü ildə əldə olunmuş sazişə əsasən, İslam ölkələrinə olunan beynəlxalq sanksiyaların dayandırılması, İranın dondurulmuş hesablarına 2.8 milyard dollar köçürülərək Tehran elmi-tədqiqat reaktoru üçün lazım olan yanacağın iyirmi faizinin bütünlüklə uranla təmin olunması ön plana çəkilib.

Xatırladaq ki, 2013-cü il noyabrın 24-dən Cenevrədə Tehran və beynəlxalq “Altılıq” ölkələrinin İrana qarşı beynəlxalq sanksiyaların ləğv edilməsi müqabilində İranın nüvə proqramına dair dinc xarakteri tənzim edən bu sənəd iyulun 20-də icra olunmayaraq dondurulmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm