Dünya
Təyyarəni vuranlar tapıldı
Ukrayna Təhlükəsizlik Xidməti Malayziya təyyarəsinin
Snejni şəhərindən atılan raketlə vurulduğunu
açıqlayıb.
ANS PRESS-in məlumatına görə, “Malaysia Airlines”-ə məxsus
"Boeing-777" təyyarəsinin vurulması barədə açıqlamanı Ukrayna
Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat departamentinin rəhbəri
Vitali Nayda bu gün Kiyevdə keçirilən brifinqdə bildirib:
"İstintaqın ilkin materialları onu göstərir ki, raket terrorçular
tərəfindən nəzarət edilən Snejni şəhəri ərazisindən atılıb. Biz
raketin haradan atıldığı yeri dəqiq bilirik. İndi biz çalışırıq ki,
hadisə baş verən yerə gedək və sübutları yığaq. Hazırda orada
döyüşlər gedir ".
Nayda iddia edib ki, raketi Rusiya hərbi mütəxəssisləri atıb. Əmri
isə İqor Bezler (Bes) terrorçu döyüşçülər qrupunun rəhbəri
verib:
"Rusiya bizə raketi atan şəxslərin adlarını verməyə məcburdur"
Qeyd edək ki, sosial şəbəkədə "Boeing-777" təyyarəsini vuran
zenit-raket kompleksinin videosu yayılıb.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək