Almaniyada yenidən “yəhudilərə ölüm” şüarı (FOTO)
Bizi izləyin

Dünya

Almaniyada yenidən “yəhudilərə ölüm” şüarı (FOTO)

Son günlərdə Almaniyanın Berlin, Frankfurt və digər şəhərlərində kütləvi anti-israil nümayişləri baş qaldırıb.

ANS PRESS-in məlumatına görə, nümayişlər zamanı antisemit (yəhudilərə qarşı nifrət olan) şüarlar da səslənib. İsrail mətbuatının yaydığı xəbərdə bildirilir ki, nümayişlər zamanı “yəhudilərə ölüm” və “yəhudilər, Almaniyadan rədd olun” şüarları yer alıb.

Mitinqlərə müsəlman immiqrantlar və Almaniyanın əsas partiya nümayəndələri olan Anarxistlər, sosial demokratlar və neonasistlər cəlb olunublar. Hadisələr Almaniya ilə yəhudilər arasında böyük narahatlıq doğurur. Artıq uzun illərdir ki, onlar belə genişmiqyaslı və açıq antisemitizmlə rastlaşmayıblar.

İsrailin “Cursorinfo” agentliyinin xəbərində bildirilir ki, ölkədə antiisrail və antisemist əhval ruhiyyənin doğulmasında Almaniya mətbuatının da böyük rolu var. “Kol İsrail” radiosunun müxbiri qeyd edib ki, “Almaniya KİV axır zamanlar demək olar ki, İsrailin raket atəşinə tutulması barədə heç bir xəbər vermirlər. Bu da elə bir təəssürat yaradır ki, İsrail tamamilə bilinməyən səbəblərdən dinc ərəbləri öldürür”.

Bu arada Frankfurt Xristian Demokrat İttifaqı (XDİ) filialının rəhbəri yəhudi Uve Beker şəhərdə antisemit ifadələrin qarşısının alınması üçün polisə yazılı müraciət edib. Bundan əlavə XDİ üzvləri Frankfurtda antisemit ab-havasına iradlarını bildirmək üçün yəhudi icması ilə görüş təşkil edəcək.

Qeyd edək ki, son günlər Avropanın bir çox aparıcı şəhərlərində İsrail əleyhinə nümayişlər keçirilib. İsrail Xarici İşlər Nazirliyi ümumiyyətlə vətəndaşlarının Türkiyə səfərinə tövsiyyə verməməsi barədə xəbər yayıb.

Son məlumatlara əsasən, İsrailin Qəzzaya havadan, dənizdən və quru əməliyyatı ilə hücumu zamanı 83-ü uşaq, 32-si qadın olmaqla, 345 nəfərin dünyasını dəyişdiyi, 2 560 nəfərin isə yaralı olduğu bildirilir.







Oxumağa davam et
Reklam
Reklam

Gündəm