Dünya
Malayziya təyyarəsindən 192 cəsəd tapılıb
17 iyul Ukraynanın şərqində Boinq 777-nin qəzası
nəticəsində ölənlərin 192-sinin cəsədi tapılıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna hökumətinin baş
nazirinin müavini Vladimir Qroysman xəbər verib.
“Bu vaxta 192 cəsəd tapılıb. Axtarış sahəsi daha 35 kilometr
boyunca genişlənib. Axtarışlarda daimi olaraq silajhlı şəxslər
tərəfindən qorunan 200 Fövqəladə Hallar üzrə Dövlət xidmətinin
əməkdaşı iştrak edir” - deyə Qrosman mətbuat konfransı zamanı
bildirib.
Onun sözlərinə görə, xilasedicilərin işlədiyi sahədə 800-900
üsyançı mövcuddur. O, həm də qeyd edib ki, işlərə 21 ədəd texnika
cəlb olunub. Qroysman həmçinin bildirib ki, bu günə kimi nə
ukraynalı, nə də beynəlxalq ekspertlərin təhlükəsizliyi barədə heç
bir zəmanət alınmayıb. Buna baxmayaraq, həmin əraziyə nəzarət
edənlərdən həlak olanların cəsədinin çıxarılmasına razılıq əldə
edilib.
“Cəsədləri ərazidən çıxartmaq üçün hər cür şəraitimiz var, lakin
qəzanın baş vermə sahəsinə girə bilmirik” - deyə baş nazirin
müavini əlavə edib.
Xatırladaq ki, 17 iyul tarixində Amsterdam-Kuala-Lumpur reysi ilə
hərəkət edən sərnişin təyyarəsi Donetsk ərazisində qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində yerləşən 298 nəfərin hamısı həlak olub.
İlkin ehtimallara görə təyyarə raketlə vurulub.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK