Rusiya Moldova meyvələrinə qadağa qoydu
Bizi izləyin

Dünya

Rusiya Moldova meyvələrinə qadağa qoydu

"Moldovadan idxal olunan meyvələrə qadağa iyulun 18-də qüvvəyə minib".

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiyanın kənd təsərrüfatına nəzarət qurumu olan Rosselxoznadzor xəbər yayıb.

Öncə qadağanın iyulun 21-dən tətbiq olunacağı bildirilirdi.

Qadağa təzə alma, armud, heyva, ərik, albalı, şaftalı və gavalıya aiddir.

Moldova, Ukrayna və Gürcüstan Avropa Birliyi ilə iqtisadi və siyasi sazişlər imzalayandan sonra Kreml iqtisadi təzyiqə əl atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm