Türkiyədə rus-ukraynalı savaşı
Bizi izləyin

Dünya

Türkiyədə rus-ukraynalı savaşı

Türkiyədə ruslar və ukraynalılar arasında kütləvi dava olub. ANS PRESS-in məlumatına görə, hadisə Antalya şəhərində Kəmər istirahət zonasında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, sərxoş olan tərəflər bir-birlərinə söz atmağa başlayıblar. Ruslar və ukraynalılar arasında gedən söz davası sonradan yumruq-təpik davasına keçib. Davada rusların sayı çox olduğuna görə, ukraynalılara qalib gəldiyi bildirilir. Hətta ruslardan biri əlində Rusiya bayrağını hotelin yuxarı mərtəbələrinin birindən asıb.

Hotelin təhlükəsizlik xidmətinin əməkdaşları vəziyyətə müdaxilə edib. Əraziyə xeyli polis cəlb olunub. Rusiya bayrağı hoteldən çıxarılıb.

Dava salanlar saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm