Dünya
Hitlerin izi ilə getməyin (FOTO)
"Hitlerin izi ilə gedən terror dövlətlərinə
qarşıyıq".
ANS PRESS-in məlumatına görə, bunu Prezidentliyə namizəd və Baş
nazir Ərdoğan Hatayda bildirib.
O bildirib ki, "Biz Hitler zülmünə qarşıyıq. Hitlerin izi ilə gedən
İsrail kimi terror dövlətlərinə də qarşıyıq".
"Biz Yaxın Şərqdəki qarşıdurmaların heç birində tərəf deyilik"
deyən Ərdoğan "Təriqətlər arasında tarix boyunca tərəf tutmamısam,
bu gün də tərəf tutmuruq. Biz haqqın tərəfindəyik" sözlərini əlavə
edib.
Ərdoğan xalqa müraciət edərək çıxışına belə davam edib:
"Yox şiə, yox sünni. Mən şiənin ağsaqqallarına həmişə bunu
söylədim: "Bu şiəliyi, bu sünnülüyü buraxın dedim". Biz müsəlman
deyilikmi? Müsəlmanıq. O zaman bu ölümlər niyə? Bu Suriyada 200 min
insan öldürüldü, siz bu öldürən adama hələ qatil gözüylə
baxmırsınız. Bu Əsəd deyilən qatili hələ necə qoruyursunuz?. Məzhəb
eşqinə bir qatil müdafiə olunarmı, onun yanında oluna bilərmi? Amma
Kılıçdaroğlu kimilər onun yanındadır. Təxribat etmək üçün
əllərindən gələni edirlər".
Prezidentliyə namizəd və Baş nazir Ərdoğan deyib ki, "Əsədin
yaxınları və onlarla birlikdə olan CHP-lilər isə müxtəlif
şəhərlərimizdə təxribat etmək üçün əllərindən gələni edirlər. Əsla
bunlara aldanmayın. Bunların tələsinə heç vaxt düşməyək".
Ərdoğan çıxışında vurğulayıb ki, "Biz əlbəttə, Hitler zülmünə
qarşıyıq. Biz antisemitizmə qarşıyıq, amma hər kəs bilsin ki,
Hitlerin izi ilə gedən İsrail kimi terror dövlətlərinə də
qarşıyıq".
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?