Yer kürəsinə bənzəyən planetlərdə vulkan püskürə bilər
Bizi izləyin

Dünya

Yer kürəsinə bənzəyən planetlərdə vulkan püskürə bilər

Yer kürəsinə ən çox bənzəyən planetləri araşdıran astronomlar hamısında vulkanik fəaliyyət ehtimalının olduğunu təsbit ediblər.

Publika.az-ın məlumatına görə, Amerika Birləşmiş Ştatları Havaçılıq və Kosmos Agentliyi – NASA-nın Goddard Kosmik Uçuş Mərkəzi ilə Planet Elmi İnstitutu və İdaho Universiteti alimləri 53 kənar planetin geoloji baxımdan nə qədər aktiv olub-olmaması ilə modelləşdirmə tədqiqatının ayrıntılarını "Publications of the Astronomical Society of the Pacific" jurnalında yayımlayıblar.

Astronomlar kütlələri Yer kürəsindən ən çox 8, radiusları isə 2 dəfə artıq olan bu planetlərdə istilik dərəcəsini hesablayıblar. Bütün bu planetlərdə vulkanlar və ya hidrotermal qaynaqlar kimi geoloji xüsusiyyətləri özündə əks etdirən və kifayət qədər enerjiyə malik olduğu ortaya çıxıb.

Bundan başqa, kənar planetlərin dörddə birinin buzlu səthlərinin altında okeanların olma ehtimalı söylənilib.

Alimlər onu da bildiriblər ki, bu kənar planetlərdən bəziləri Yupiterin Avropası (Europa), Saturnun Enseladı (Enceladus) kimi buzla örtülü peyklərə malik ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm