Daha bir şəhər ələ keçirildi (VİDEO, FOTO)
Bizi izləyin

Dünya

Daha bir şəhər ələ keçirildi (VİDEO, FOTO)

Ukrayna ordusu Luqansk vilayətində yerləşən Rubejnoye şəhərini ələ keçirib.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna ordusunun bu şəhərdə hərbi texnikasını görənlər məlumat yayıb.

Şəhər sakinlərinin youtube-də yaydıqları videoda Ukrayna ordusuna məxsus iki hərbi eşalon şəhərin küçələri ilə hərəkət edir.

Bu informasiyanı Severodonetsk şəhərinin "SBS" nəşri də təsdiq edib. Şahidlərin sözlərinə görə rusiyameylli döyüşçülər bu ərazidə onlara müqavimət göstərməyiblər. Ancaq bu şəhərdən çıxan ərazilərdə rusiyameyllilərin blokpost qurduqları məlum olub. Deyilənə görə, onlar Borovaya çayının üzərindən keçən körpünü artıq minalayıblar.

Şəhər əhalisinə isə Severodonetskdən çıxmağa icazə vermirlər.

"SBS" xəbər verir ki, rusiyameyllilər radio ilə əhalini evlərindən bayıra çıxmamağı bildirir.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm