Ukrayna 23 rusiyalı döyüşçünü ələ keçirdi
Bizi izləyin

Dünya

Ukrayna 23 rusiyalı döyüşçünü ələ keçirdi

Bir qədər öncə bir qrup terrorçu Luqansk vilayətinin Lisiçansk şəhəri istiqamətindən təmas xəttini yarmağa cəhd edib.

Axar.az Ukrayna mediasına istinadən xəbər verir ki, onların bu hərəkətləri anti-terror əməliyyatına qatılan hərbçilər tərəfindən məharətlə alınıb. Ukrayna Ali Baş Komandanlığının göstərişi əsasında qarşı tərəfin 3 zirehli maşını sıradan çıxarılıb, 23 nəfər rusiyalı terrorçu isə ələ keçirilib.

Verilən məlumata görə, əsir düşənlər arasında çeçen millətindən olan muzdlular da var.

Xatırladaq ki, hazırda Luqansk vilayətinin Rubejni şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatları davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm