Dünya
“Terrorçuların ölüləri kisələrə yığması hamımıza təhqirdir"
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Con Kerri Ukrayna səması üzərində terror aktına məruz qalan “Boinq 777” tipli təyyarə ətrafında baş verənlər barədə öz fikrini açıqlayıb.
Axar.az xəbər verir ki, “ABS Nyus”a (“ABS News”) açıqlama verən ABŞ rəsmisi deyib ki, faktlar hadisədə Rusiyanın əlinin olduğunu göstərir. Əlavə edib ki, buna səbəb terrorçular qismində çıxış edən şəxslərin əksəriyyətinin Rusiya vətəndaşı olmalarıdır.
Dövlət katibi həmçinin kefli separatçıların ölülərin cəsədləri və hissələrini kisələrə yığmalarını böyük təhqir sayıb:
"Kefli separatçılar çox mənəviyyatsız şəkildə meyitləri yük maşınlarının arxasına yığıb naməlum istiqamətdə hərəkət edirlər. Bu, hamımıza böyük təhqirdir. Rusiya üçün ədalət, dürüstlük anı yetişib. Bu ölkə hadisədə əlinin olmadığını əməli işləri ilə sübut etməlidir".
Xatırladaq ki, terror aktına məruz qalan təyyarənin vurulma səbəbləri hələ də açıq qalmaqdadır.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...