Türkiyənin planı reallaşır - Xarici döyüşçülər Liviyanı TƏRK EDİR
Bizi izləyin

Dünya

Türkiyənin planı reallaşır - Xarici döyüşçülər Liviyanı TƏRK EDİR

ABŞ və İtaliyanın Milli Konsensus Hökuməti ilə əlaqələri diqqət çəkib.

Publika.az-ın məlumatına görə Liviyanın Daxili İşlər naziri və hərbi heyət həftə sonu ABŞ-ın hərbi-texniki heyəti ilə videokonfrans keçirib.

Bildirilir ki, iki ölkənin nümayəndə heyətləri dövlət çevrilişinə cəhd edən Xəlifə Haftar sıralarında olan xarici döyüşçülərin Liviyanı tərk etmələri barədə razılığa gəliblər.

Məlumata görə, ABŞ-ın Liviyadakı səfirliyi bu görüşdən sonra Haftarla əlaqəli milis nümayəndələri ilə də oxşar görüşün keçiriləcəyini açıqlayıb: "Bütün Liviya vətəndaşları milis, silahlı qruplar və xarici döyüşçülərin yaratdığı təhlükələrdən azad olaraq bacarıqlı və hesabatlı təhlükəsizlik qüvvələri tərəfindən qorunmadan faydalanmalıdırlar", - səfirliyin açıqlamasında deyilir.

Liviyadakı hadisələrə paralel olaraq, ABŞ və Türkiyə ortaq işçi qruplar yaratmq barədə işləri sürətləndirilib. Diplomatik, hərbi və kəşfiyyat mütəxəssislərindən ibarət nümayəndə heyətləri tərəfindən hazırlanacaq sənədlər üzərində işlərin bu həftə başa çatacağı gözlənilir. Lakin nümayəndə heyətinin görüş tarixi hələ dəqiqləşdirilməyib. Görülən işləri ilk olaraq hər iki ölkənin xarici işlər nazirləri, sonra isə dövlət rəhbərləri dəyərləndirəcək.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm