Coniyə Moskvada qanuni oğru adı verildi
Bizi izləyin

Dünya

Coniyə Moskvada qanuni oğru adı verildi

Bugünlərdə Moskva ətrafındakı Ramensk rayonunda növbəti oğru “sxodka”sı (toplantı) keçirilib.

Toplantıda 65 yaşlı suxumuli kriminal avtoritet Coni Çulayaya qanuni oğru adı verilib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “tacqoyma” mərasimini oğrular bir ay qabaq elə Abxaziyada keçirmək istəyiblər. Lakin o zaman qondarma Abxaziya Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları “sxodka”nı dağıdaraq “Apakella”, “Nanik”, “Pıja” və diğər qanuni oğruları həbs etmişdi.

Nəticədə Blondin ləqəbli Coni Çulaya Moskvaya gəldi, Şişkan və Yura Truba ləqəbli qanuni oğrular tərəfindən taca layiq görüldü.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm