Kadırovdan şok açıqlama: “İsrail dövlət terroru törədir”
Bizi izləyin

Dünya

Kadırovdan şok açıqlama: “İsrail dövlət terroru törədir”

Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov İsrail ordusunun Qəzza bölgəsinə müdaxiləsini dövlət terroru adlandırıb.

Publika.az xəbər verir ki, R. Kadırov sosial şəbəkələrdə hər kəsi Fələstini dəstəkləməyə çağırıb: “İsrail mərmiləri altında nə qədər insan qətlə yetirilir. İsrail dövləti heç nəyə sığışmayan qəddarlıq nümayiş etdirir. Fələstindən atılan raketlər İsrailə zərər yetirmədi. Amma cavab atəşi yüzlərlə fələstinlinin həyatına bais oldu. İsrail ordusu uşaqları, qadınları, qocaları öldürür. 400-dən çox insan həlak oldu”.

Onun sözlərinə görə, ABŞ və Avropa buna sakitcə baxır.

“Halbuki bu, dövlət terrorudur. ABŞ və müttəfiqləri Ukraynaya görə Rusiyanı ittiham edir, bizim ölkəmizə qarşı sanksiyalar tətbiq edir”- deyən Kadırov bütün müsəlmanları Fələstində sülhün bərpası üçün dua etməyə çağırıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm