Pandemiya ilə mübarizə üçün 100 illik qərarı yenidən qəbul etdilər - Təhlükə siqnalları çalınır
Bizi izləyin

Dünya

Pandemiya ilə mübarizə üçün 100 illik qərarı yenidən qəbul etdilər - Təhlükə siqnalları çalınır

Avstraliyada yeni tip koronavirus pandemiyasının ikinci dalğası əvvəlkindən daha güclü yayılır.

Publika.az xəbər verir ki, bu səbəbdən hökumət Yeni Cənubi Uels ilə Viktoriya ştatları arasındakı sərhədi bağlayıb.

Qərarla bağlı ölkənin Baş naziri Skott Morrison açıqlama verib. Beləliklə, hökumət pandemiya dövründə 100 il əvvəl qəbul etdiyi qərarı təkrarlamalı olub. Belə ki, 2 ştat arasındakı sərhəd son dəfə 1919-cu ildə İspaniya qripi pandemiyası zamanı bağlanmışdı.

Son rəqəmlərə görə, Avstraliyada 8 min 586 nəfər koronavirusa yoluxub, 106 nəfər ölüb.

Bundan başqa, İran və İsrail ikinci dalğanın gəldiyini rəsmi şəkildə açıqlayıb.

Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə daha 425 nəfər koronavirus səbəbilə ölüb. Beləliklə, COVID-19-dan ölənlərin sayı 19 min 693-ə çatıb. 24 min 248 nəfərin yoluxması ilə xəstəlik daşıyıcılarının sayı 697 min 413-ə çıxıb. Hindistan bu göstərici ilə ən çox yoluxanlar siyahısında Rusiyanı keçib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm