Koronavirusdan ölənlərin sayı artdı - ÜST
Bizi izləyin

Dünya

Koronavirusdan ölənlərin sayı artdı - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 202 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyulun 6-ı saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 202 545 nəfər koronavirusa yoluxub, 4 134 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 11 327 790, ölənlərin isə 532 340 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm