Maraq dünyası
Tarazlığı təmin edə bilməsək, epidemiyalar get-gedə artacaq - QORXULU PROQNOZ/VİDEO
Video əlavə olunub.
xxx
Birləşmiş Millətlər Təşkilatı Ətraf Mühit Proqramı (UNEP) heyvanlardan insanlara bulaşan zoonotik xəstəliklərin, vəhşi təbiət və çevrəni qorumaq üçün tədbirlər görülməzsə, artmağa davam edəcəyi xəbərdarlığını etdi.
Publika.az xəbər verir ki, UNEP və Beynəlxalq Heyvandarlıq Araşdırma İnstitutunun (İLRİ) ortaq hazırladığı yeni hesabatda son illər artan ebola, sarsit, zika, HİV/AİDS, Qərbi Nil qızdırması və yeni tip korona virusu (Covid-19) kimi heyvanlardan insanlara bulaşan xəstəliklərə diqqət çəkilir.
UNEP Elmi Araşdırmalar bölümünün rəhbəri Maarten Kappelle sözügedən mövzu ilə bağlı deyib: ''İnsanlar epidemiyaya 1918-1919-cu illər “ispan qripi” (influenze) infeksiyası kimi baxır və bu cür xəstəliklərin yalnız 100 ildə bir olduğunu düşünürlər. Amma bu qənaət artıq doğru deyil. Təbiət və insan həyatı arasındakı tarazlığı təmin edə bilməsək, bu epidemiyalar get-gedə artacaq və yayılacaq.''
UNEP-in direktoru İnqer Andersen (İnger Andersen) isə son yüz ildə korona virusu növlərinin ən az 6 böyük epidemiyaya səbəb olduğunu söyləyib: “Ət istehlakının son 50 ildə 260 dəfə artıb. Vəhşi təbiət sahələri əkinçilik ərazilərinə çevrilir. Elm dəqiq olaraq bildirir ki, vəhşi təbiəti istismar etməyə və ekosistemlərə zərər vurmağa davam etdiyimiz müddət boyu qarşıdakı illərdə heyvanlardan insanlara bulaşan xəstəliklər artacaq. Epidemiyaların qarşısının alınması üçün hökumətlərə torpaq və ərazilərdə bioloji müxtəlifliyi artırma və elmi araşdırmalar üçün sərmayə qoymaya çağırırıq”.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!