Pandemiyadan sonra dünyanı gözləyən İKİ SSENARİ: peyvənd olmasa...
Bizi izləyin

Dünya

Pandemiyadan sonra dünyanı gözləyən İKİ SSENARİ: peyvənd olmasa...

Birləşmiş Millətlər Təşkilatı koronavirus pandemiyasından sonra dünyanı gözləyən iki ssenarini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş danışıb.

İsveçin “Aftonbladet” telekanalına açıqlama verən baş katibə görə, birinci müsbət ssenaridə ölkələr mövcud vəziyyətlə mübarizə apara bilir, şimal ölkələrinin uğurlu şəkildə normallaşma planı hazırlanacağı, inkişaf etməkdə olan ölkələrin isə yardım ala biləcəyi proqnozlaşdırılır.

COVID-19 peyvəndinin 9 ay ərzində hazırlanacağı və ona hər kəsin əlinin çata biləcəyinə ümid etdiyini bildirən Quterreş hadisələrin bu istiqamətdə getməsi və iqtisadiyyatın dirçəlməsi təqdirində, 2-3 il sonra dünyanın əvvəlki vəziyyətinə qayıdacağını qeyd edib.

Onun sözlərinə görə, ölkələrin planlarını koordinasiya etməməsi pandemiyadan sonra mənfi ssenari ortaya qoyacaq. Bu ssenariyə yeni epidemiyaların yayılması da daxildir. Peyvənd üzərində işlərin uzun müddət davam etməsi və ya bu işdə rəqabətin başlanması ilə yanaşı, iqtisadi baxımdan daha güclü ölkələrin faydalanmasının vəziyyəti daha da pisləşdirəcəyi ehtimal edilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm