Çin ABŞ-ın Rusiya ilə bağlı təklifini RƏDD ETDİ
Bizi izləyin

Dünya

Çin ABŞ-ın Rusiya ilə bağlı təklifini RƏDD ETDİ

Çin ABŞ-ın Rusiya ilə apardığı nüvə silahlarının qarşılıqlı azaldılmasına dair müzakirələrə qatılmayacaq.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Şöbəsinin baş katibi Fu Çonq danışıb.

Pekində jurnalistlərə açıqlama verən baş katib bildirib ki, Çinin ABŞ və Rusiya qədər böyük nüvə silahı arsenalı yoxdur: “Əgər ABŞ nüvə silahlarını bizim səviyyəmizdəki qədər azaltmaq istəyirsə, müzakirələrə sabahdan daxil olarıq. Amma belə bir şeyin müzakirə mövzusu olmadığını bilirik”.

O, ABŞ-ın Çini müzakirələrə dəvət etməsini masadan razılaşma əldə etmədən qalxmaq üçün bəhanə olaraq gördüklərini vurğulayıb. Bildirib ki, Çinin qatılması üçün əvvəlcə ABŞ və Rusiyanın öz aralarında razılığa gəlməsi lazımdır.

Qeyd edək ki, təklif ötən həftə Rusiya ilə 2014-cü ildə imzalanan “New START” müqaviləsinin yenilənməsi üçün Vyanada aparılan müzakirələr zamanı Marşall Billinqslea tərəfindən dilə gətirilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm