6 yaşlı qız zorlandı
Bizi izləyin

Dünya

6 yaşlı qız zorlandı

Hindistanda daha bir tükürpədici hadisə baş verib. ANS PRESS-in məlumatına görə, adıçəkilən ölkədə 6 yaşlı qız təcavüzə məruz qalıb. Qorxunc hadisə qızın qarın ağrısından şikayətindən sonra ortaya çıxıb.


Hadisə Bangalore şəhərində baş verib. Hadisənin məktəbdə baş verdiyi və uşağa iki müəllimin təcavüz etdiyi iddia edilir. Polis buz üzərində sürüşmə müəllimini saxlayıb. Onun kompüterində uşaq pornoqrafiyasına aid videolar tapılıb.


Bu hadisədən sonra valideynlər məktəblərə qarşı boykota başlayıblar. Minlərlə insan küçələrə çıxıb. Onlar təhlükəsizliklə bağlı zəmanət verilənə kimi uşaqlarını məktəbə göndərməyəcəklərini deyiblər.


Qeyd edək ki, Hindistanda iki il öncə 23 yaşlı tələbə avtobusda təcavüzə uğrayaraq öldürülüb. Bundan sonra ölkədə cinsi hücumlar mübahisə mövzusu olmuşdu.

Məlumata görə, Hindistanda hər 21 dəqiqədən bir zorlanma yaşanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm