Sonuncu pasiyenti sağaldıb COVID-19 xəstəxanasını bağladılar - FOTOLAR
Bizi izləyin

Dünya

Sonuncu pasiyenti sağaldıb COVID-19 xəstəxanasını bağladılar - FOTOLAR

Birləşmiş Ərəb Əmirlikləri koronavirus pandemiyasına qalib gəlmək yolunda inamla addımlayır.

Publika.az xəbər verir ki, Dubayda COVID-19 xəstələri üçün ayrılmış xəstəxananın sonuncu pasiyenti evə buraxılıb.

Həmin xəstə Yaponiya vətəndaşı Hiroaki Fudzita olub. Xəstəxananın tibbi heyəti sonuncu pasiyenti gül dəstələri və alqışlarla yola salıb. Daha sonra xəstəxananın fəaliyyəti dayandırılıb. Lakin ikinci dalğa ehtimalına qarşı avadanlıqlar olduğu kimi saxlanılıb.

Hazırda BƏƏ-nin paytaxtı Əbu-Dabi və Şaryax şəhərlərində COVID-19 xəstələrinin müalicəsi davam edir.

Son rəqəmlərə görə, BƏƏ-də 53 min 577 nəfər koronavirusa yoluxub, 328 nəfər ölüb. 43 min 570 nəfər sağalıb. Hazırda 9 min 679 aktiv koronavirus xəstəsi var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm