Koronavirusdan ölənlərin sayı 545 mini keçdi - ÜST
Bizi izləyin

Dünya

Koronavirusdan ölənlərin sayı 545 mini keçdi - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 204 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyulun 9-u saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 204 967 nəfər koronavirusa yoluxub, 5 575 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 11 874 226, ölənlərin isə 545 481 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm