Onun sərvəti 180 milyard dolları keçdi - FOTO
Bizi izləyin

Dünya

Onun sərvəti 180 milyard dolları keçdi - FOTO

Dünyanın ən varlı adamı Ceff Bezosun sərvəti "Amazon" şirkətinin səhmlərinin bahalaşması fonunda rekord səviyyəyə qalxaraq 180 milyard dollara çatıb.

Publika.az-ın "TASS"a istinadla verdiyi xəbərə görə, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, ötən gün günorta saatlarından sonra "Amazon"un kapitallaşması 1,52 trilyon dollara çatıb. Beləliklə, Bezosun sərvəti 181,5 milyard dolları keçib.

Nyu-York birjasında ticarət əməliyyatları yekunlaşanda "Amazon"un bir səhminin qiyməti 3,081,11 dollar təşkil edib, gün ərzində 2,7 faiz artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm