Türk Hava Yolları İŞİD-ə döyüşçü daşıyır – ŞOK
Bizi izləyin

Dünya

Türk Hava Yolları İŞİD-ə döyüşçü daşıyır – ŞOK

İran İslam Respublikasının (İİR) xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən “Fars” xəbər agentliyi Türk Hava Yolları (Turkish Airlines) barədə sensasiya yaradan xəbər yayıb.

Publika.az-ın məlumatına görə, sözügedən agentlik yazıb ki, Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi Tacikistandan İraq Şam İslam Dövləti (İŞİD) üçün döyüşçü gətirir:

“Belə ki, bu il iyulun 2-də İraq Şam İslam Dövlətinin (İŞİD) tərəfindən vuruşmaq üçün bir qrup döyüşçü Türk Hava Yollarına məxsus təyyarə ilə Tacikistanın paytaxtı Düşənbədən İstanbula gətirilib, buradan isə İraqa göndərilib”.

Hətta İran agentliyi sözügedən təyyarənin enmə vaxtını və nömrəsini də yayıb.

Agentlik iddia edir ki, indiyədək 1000 tacik vətəndaşı Türk Hava Yollarına məxsus təyyarə ilə İraqa aparılıb.

Türk Hava Yolları isə hələlik sözügedən xəbər barədə açıqlama verməyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm