Hulisi Akardan Rusiyaya MESAJ: "Çox əhəmiyyətli addımlar atılır..."
Bizi izləyin

Dünya

Hulisi Akardan Rusiyaya MESAJ: "Çox əhəmiyyətli addımlar atılır..."

Türkiyə Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyəcək.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar Kiyevə rəsmi səfəri zamanı deyib.

Ukraynalı həmkarı Endri Taran ilə görüşən Akar dövlətlərarası münasibətlər barədə fikirlərini dilə gətirib:

“Türkiyə və Ukrayna arasında köklü münasibətlər, tarixi əlaqələr, ortaq dəyərlərimiz var. Bunların işığında işlərimizi davam etdiririk. Xüsusilə, müdafiə və təhlükəsizlik məsələlərində çox əhəmiyyətli addımların atıldığını demək istəyirəm. Ölkələr arasında ikili münasibətlərin inkişafı sadəcə ölkələrimizin yararına deyil, bütün bölgə üçün əhəmmiyyətlidir”.

Qeyd edək ki, Türkiyə Krım torpaqlarının Rusiya tərəfindən ilhaqını tanımır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm