Koronavirusa yoluxanların sayı 12 milyonu keçdi - ÜST
Bizi izləyin

Dünya

Koronavirusa yoluxanların sayı 12 milyonu keçdi - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 228 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyulun 10-u saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 228 102 nəfər koronavirusa yoluxub, 5 565 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 12 102 328, ölənlərin isə 551 046 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm