Koronavirusdan ölənlərin sayı 556 mini keçdi - ÜST
Bizi izləyin

Dünya

Koronavirusdan ölənlərin sayı 556 mini keçdi - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 219 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyulun 11-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 219 983 nəfər koronavirusa yoluxub, 5 286 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 12 322 395, ölənlərin isə 556 335 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm