Dəhşət: separatçı ölən sərnişindən üzük oğurlayır - Foto
Bizi izləyin

Dünya

Dəhşət: separatçı ölən sərnişindən üzük oğurlayır - Foto

İyunun 17-də Ukrayna ərazisində terror aktı nəticəsində qəzaya uğrayan və 298 sərnişinin ölümü ilə nəticələnən Malayziya Hava Yollarına məxsus "Boinq 777" sərnişin təyyarəsi ətrafında hər keçən saat üzücü xəbərlər gəlməkdədir.

Axar.az xəbər verir ki, meyitləri naməlum istiqamətə aparılan sərnişinlər bu dəfə separatçıların insanlığa sığmayan daha bir hərəkətləri ilə üzləşıblər. Belə ki, terrorçulardan birinin ölü sərnişinin barmağından qızıl üzüyü çıxarması yaxınlıqda analız aparan beynəlxalq müşahidəçilərin obyektivinə düşüb.

Foto internet resurslarında sürətlə paylaşılıb və böyük media qurumlarının manşetinə çevrilib. Hamı insanlığa sığmayan bu hərəkətdən heyrət içindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm