Koronavirusdan ölənlərin sayı 566 mini keçdi - ÜST
Bizi izləyin

Dünya

Koronavirusdan ölənlərin sayı 566 mini keçdi - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 215 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyulun 13-ü saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 215 539 nəfər koronavirusa yoluxub, 5 037 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 12 768 307, ölənlərin isə 566 654 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm