Dünya
XIN-dən İsrail bəyanatı
Türkiyə XİN mətbuatda, Türkiyə - İsrail enerji sazişinə
dair yayılmış xəbərlərə kəskin reaksiya bildirib. ANS PRESS-in
məlumatına görə, XİN sözcüsü bildirib ki, "İsrailin Qəzzaya
yönəlmiş hücumunun dayandırılması və daimi atəşkəsin təmin edilməsi
istiqamətində ölkəmizin səy göstərdiyi bir vaxtda mətbuatda və
müxtəlif dairələrdə ölkəmizin İsraillə əlaqələri haqqında müxtəlif
əsassız iddialara yer verildiyi görülməkdədir.
Sözcü qeyd edib ki, ölkəsinin İsraillə müdafiə sənayesi və enerji
sahələrində əməkdaşlıq etməsi barədə bəzi spekulativ iddialar bu
çərçivədə gündəmə gətirilməkdədir. İsrailin, qeyri-hökumət
təşkilatları tərəfindən Qəzzaya təşkil edilən humanitar yardım
gəmisinə 31 May 2010-cu il tarixində beynəlxalq sularda həyata
keçirdiyi və 10 Türk vətəndaşın həyatının itirdiyi hücumdan sonra
ölkəmiz, İsraillə diplomatik əlaqələrini minimum səviyyəyə endirib
və iki ölkə arasındakı bütün hərbi əlaqələri təxirə salıb. Haqqında
danışılan dövr boyunca müdafiə sənayesi də daxil olmaqla Türkiyə
ilə İsrail arasında bu sahələrdə hər hansı bir rəsmi razılaşma
imzalanmayıb.
XİN sözcüsü “enerji sahəsində də ölkəmizlə İsrail arasında dövlət
səviyyəsində hər hansı bir əməkdaşlıq mövcud deyil. Hörmətli Enerji
Nazirimiz da mövzuyla əlaqədar olaraq dünən verdiyi açıqlamada
iddialara lazımlı cavabı verib”- deyə şərhinə əlavə edib.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ