Koronavirusdan ölənlərin sayı 580 mini ötdü - RƏSMİ
Bizi izləyin

Dünya

Koronavirusdan ölənlərin sayı 580 mini ötdü - RƏSMİ

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 226 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyulun 16-ı saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 226 181 nəfər koronavirusa yoluxub, 5 579 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 13 853 378 , ölənlərin isə 580 045 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm